Reklam resmi
Reklam resmi

AĞIR QƏZA: Avtomobil dərəyə aşdı

AĞIR QƏZA: Avtomobil dərəyə aşdı
Hadisə

Qobustan rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Ajans.az xəbər verir ki,hadisə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 106-cı kilometrliyində qeydə alınıb.

Məzahir Qaryağdı oğlu Osmanovun idarə etdiyi "Opel" markalı, 77-DZ-897 dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən yolun yağışlı olması səbəbindən idarəetməni itirib və nəqliyyat vasitəsi yoldan çıxaraq dərəyə aşıb.

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən Oxu.Az-a bildirilib ki, hadisə nəticəsində avtomobilə və yol infrastrukturuna ziyan dəysə də, xəsarət alan olmayıb:

"Sürücülərdən bir daha xahiş edirik ki, yol hərəkəti qaydalarına ciddi riayət etsin. Hava şəraitini və yolun asfalt örtüyünün yaş olmasını nəzərə alaraq sürət həddini minumuma endirsinlər ki, yol-nəqliyyat hadisəsi baş verməsin"./oxu.az

Mövzular:
Qobustan rayonu yol-nəqliyyat hadisəsi

Digər Xəbərlər