Reklam resmi
Reklam resmi

Məktəblilərin ölümündə böyüklər GÜNAHKARDIR

Məktəblilərin ölümündə böyüklər GÜNAHKARDIR
Gündəm
487

Qardaş-bacının faciəvi ölümündə böyüklər günahkardır. 

Ajans.az xəbər verir ki, bugün Lənkəran rayonunun Şovu kəndində, Lənkəran-Lerik yolunda məktəbə gedən 8 və 9 yaşlı bacı-qardaş Mercedes” markalı avtomobillə vurulub və hər ikisi dünyasını dəyişib. Rəsmi facebbok səhifəsində fikirlərini bölüşən nəqliyyat eksperti Ərşad Hüseynov hadisəyə münasibət bildirib. 

Ərşad Hüseynov qeyd edib ki, nə qədər ki, real bir iş görülməyəcək, belə xəbərlər də gəlməkdə davam edəcək.

Ərşad Hüseynov xüsusi olaraq vurğulayıb ki, bu hadisənin baş vermə səbəbi öz işinə laqeyd yanaşan böyüklərin günahıdır. 

“Lakin bircə şeyi dəqiq bilirəm. Bu faciədə həmin uşaqların heç bir günahı yoxdur. Günah yalnız böyüklərdədir: təhlükəsiz yol tikə bilməyən, yol hərəkətini təhlükəsiz təşkil edə bilməyən,  təhlükəsiz avtomobil idarə edə bilməyən, təhlükəsiz sürücü hazırlaya bilməyən, uşaqlara yollarda təhlükəsiz davranışı öyrədə bilməyən böyüklərdə...”

author picture
Aytac Əsəd
Mövzular:
Ərşad Hüseynov hadisə münasibət qardaş- bacı ölüm

Digər Xəbərlər