Reklam resmi
Reklam resmi

Dələduzluqda şübhəli bilinənlər saxlanıldı

Dələduzluqda şübhəli bilinənlər saxlanıldı
Kriminal

Bakının Nəsimi rayonunda 2 nəfər polisə müraciət edərək ümumilikdə 14560 manatlarının dələduzluq yolu ilə ələ keçirilməsini bildiriblər.

Ajans.az xəbər verir ki,Daxili İşlər Nazirliyindən verilən məlumata görə, keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 39 yaşlı R.Allahverdizadə və 22 yaşlı P.Seyidmalıyev müəyyən olunaraq saxlanılıblar.

Analoji hadisə Sumqayıt şəhərində də baş verib. Bir nəfərin 3500 manatını dələduzluq yolu ilə ələ keçirən Quba rayon sakini 31 yaşlı A.Qədirov da polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.

Faktlarla bağlı araşdırma aparılır.

Mövzular:
Nəsimi rayonu Daxili İşlər Nazirliyi

Digər Xəbərlər