Reklam resmi
Reklam resmi

Türkiyəli hakerlər İsrail müdafiə nazirinə zəng edib telefon nömrəsini yayımladılar

Türkiyəli hakerlər İsrail müdafiə nazirinə zəng edib telefon nömrəsini yayımladılar
Dünya

İsrailin “Vesti” media orqanının məlumatına görə, türkiyəli hakerlərdən ibarət bir qrup sentyabrın 11-i axşam saatlarında İsrailin müdafiə naziri İsrael Katsın mobil telefon nömrəsini ələ keçirərək ictimaiyyətə açıqlayıb.

Ajans.az xəbər verir ki,hakerlərdən biri videobağlantı vasitəsilə nazirə birbaşa zəng etməyə müvəffəq olub. Məlumata görə, İsrael Katz zəngə cavab verib və təhqiredici ifadələr eşidib. O, danışıq zamanı əlaqəni tezliklə kəssə də, haker bu anın skrinşotunu çəkərək sosial şəbəkələrdə yayımlayıb.

Hadisə zamanı nazirin telefonuna minlərlə mesaj göndərilib. Bu mesajların əksəriyyəti təhqir və açıq təhdidlər – o cümlədən “Səni öldürəcəyik” kimi ifadələr – ehtiva edib.

Hazırda İsrail rəsmiləri hadisə ilə bağlı araşdırma aparır. Rəsmi dairələr kibertəhlükəsizlik sahəsində tədbirlərin gücləndiriləcəyini bildiriblər.

 

 

author picture
Leyla Bayandurlu
Mövzular:
Türkiyə İsrail

Digər Xəbərlər