Reklam resmi
Reklam resmi

Xudatda mağazadan 18 ədəd telefonun oğurlanma GÖRÜNTÜLƏRİ

Xudatda mağazadan 18 ədəd telefonun oğurlanma GÖRÜNTÜLƏRİ
Kriminal

Xudatda telefon mağazasından oğurluq edən şəxs saxlanılıb.

Ajans.az xəbər verir ki,bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Quba regional qrupundan məlumat verilib.

Bildirilib ki, Xaçmaz Rayon Polis Şöbəsinin Xudat Polis Bölməsinin əməkdaşları daxil olan məlumat əsasında rayon sakini Elşən Əliyevi saxlayıblar.

Araşdırmalarla onun Xudat şəhəri ərazisində tanışına məxsus mağazadan pul və ümumi dəyəri 6900 manat olan 18 ədəd mobil telefon oğurlaması müəyyən olunub.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə E.Əliyevin barəsində həbs qətimkan tədbiri seçilib.

Mövzular:
Xudat oğurluq

Digər Xəbərlər