Azərbaycan - Ukrayna oyunu BAŞLADI
DÇ-2026-nın seçmə mərhələsinin D qrupunun Azərbaycan - Ukrayna matçına start verilib.
Ajans.az xəbər verir ki, qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionuda keçirilir.
Matçı yunanıstanlı baş hakim Vassilis Fotias idarə edir.
DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində bu gün Bakıda üz-üzə gələcək Azərbaycan və Ukrayna yığmalarının start heyətləri açıqlanıb.
Komandalar oyunda aşağıdakı heyətlə iştirak edirlər.
Azərbaycan: 1. Şahrudin Məhəmmədəliyev, 3. Elvin Cəfərquliyev, 4. Bəhlul Mustafazadə, 5. Anton Krivotsyuk, 14. Elvin Bədəlov, 21. Qismət Alıyev, 8. Emin Mahmudov, 15. Abdula Xaybulayev, 10. Mahir Emreli, 19. Nəriman Axundzadə, 9. Renat Dadaşov
Ukrayna: 12. Anatoli Trubin, 2. Yuxim Konoplya, 13. İlya Zabarnı, 17. Aleksandr Zinçenko, 22. Mikola Matvienko, 6. İvan Kalyujnı, 7. Vladislav Vanat, 8. Georgi Sudakov, 14. Oleq Oçeretko, 19. Artyom Bondarenko, 20. Aleksandr Zubkov