Reklam resmi
Reklam resmi

Azərbaycan diasporunun rəhbərinin oğlunun həbs müddəti uzadılıb

Azərbaycan diasporunun rəhbərinin oğlunun həbs müddəti uzadılıb
Hadisə

Yekaterinburqun Verx-İsetski Rayon Məhkəməsi Azərbaycan diasporunun yerli rəhbərinin oğlu Mutvale Şıxlinskinin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətini uzadıb.

Ajans.az xəbər verir ki,bu barədə Sverdlovsk vilayət məhkəmələrinin birləşmiş mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, Şıxlinski Rusiya Federasiyası Cinayət Məcəlləsinin 318-ci maddəsinin 1-ci hissəsi üzrə — hakimiyyət nümayəndəsinə qarşı zor tətbiqetmə maddəsi ilə təqsirləndirilir.

“Yekaterinburqun Verx-İsetski Rayon Məhkəməsi müstəntiqin Şıxlinski Mütvale Şahin oğlunun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması barədə təqdimatını təmin edib. Onun barəsində seçilmiş həbs tədbiri 14 dekabr 2025-ci il tarixinədək uzadılıb”, – məhkəmənin açıqlamasında deyilir.

İstintaq davam edir. Hadisənin təfərrüatları barədə əlavə məlumat verilməyib.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
Mutvale Şıxlinski Yekaterinburq

Digər Xəbərlər