Reklam resmi
Reklam resmi

Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Ata və oğlu ÖLDÜ

Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Ata və oğlu ÖLDÜ
Hadisə
1098

Ağsu rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Ajans.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə bu gün səhər saat 7 radələrində Şamaxı-Padarçöl yolunun Ağsu rayonunun Navahı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

VAZ-2106 minik avtomobili ilə "Şaqman" markalı yük maşını toqquşub.

Nəticədə VAZ-2106-da olan 1965-ci il təvəllüdlü İsa Mirələm oğlu Sadıqov hadisə yerində ölüb, onun oğlu, 1992-ci il təvəllüdlü Bəhlul İsa oğlu Sadıqov isə ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Mövzular:
Ağsu rayonu qəza

Digər Xəbərlər