Təcili tibbi yardım biriqadası QƏZAYA UĞRADI
Şəmkir rayon ərazisində təcili tibbi yardım biriqadası qəzaya uğrayıb.
Ajans.az Teleqraf-a istinadən xəbər verir ki, Şəmkir rayonunda təcili tibbi yardım maşını avtomobillə toqquşub, idarəetmədən çıxaraq körpüdən aşıb.
İlkin məlumata görə, qəza nəticəsində xəsarət alanlar var. Şəmkir rayonunda "Mercedes" markalı avtomobillə təcili yardım maşınının toqquşması nəticəsində xəsarət alan şəxslərin kimliyi bilinib.
Qəza nəticəsində tibb bacısı T. Ağayeva, təcili yardım avtomobilinin sürücüsü B. Əliyev və minik maşınının sürücüsü İ. Əliyev müxtəlif dərəcəli xəsarətlərlə Şəmkir rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Onlara ilkin yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıblar.
Faktla bağlı araşdırma aparılır.
Mövzular: