Reklam resmi
Reklam resmi

Rusiya XİN-dən Bakıya cavab: Zaxarova elə söz deməyib!

Rusiya XİN-dən Bakıya cavab: Zaxarova elə söz deməyib!
Gündəm

2024-cü il dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında Azərbaycan Hava Yolları QSC-nin sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı sığorta ödənişləri haqda Rusiya Xarici İşlər Nazirliyi bir gün əvvəl ətraflı izahat verib. Təqdim olunan məlumatlar və rəqəmlər heç bir etiraz yaratmadı. Bunlar faktlardır.

Ajans.az axar.az-a istinadla xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

“Qəribə gələn tesiz odur ki, Rusiya XİN mətbuat katibi bu ilin iyul ayında Azərbaycanda 13 Rusiya vətəndaşının həbsinin guya Rusiya-Azərbaycan münasibətlərinin pisləşməsinə səbəb olduğunu iddia edib və münasibətlərin yaxşılaşması üçün onların azadlığa buraxılmasını şərt kimi irəli sürüb.

Mətbuat katibi elə söz deməyib.

Bu il sentyabrın 4-də Şərq İqtisadi Forumundakı brifinqində Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Zaxarova aşağıdakı sözlərlə bildirib:

” Rusiya vətəndaşlarının azadlığa buraxılması Rusiya ilə Azərbaycan arasında münasibətlərin normallaşması istiqamətində mühüm addımdır. Mövzu bu il avqustun 22-də Həştərxanda keçirilən İqtisadi Əməkdaşlıq üzrə Rusiya-Azərbaycan Hökumətlərarası Komissiyasının iclası zamanı ətraflı müzakirə olunub. Rusiyanın mövqeyi Azərbaycan nümayəndə heyətinə ətraflı şəkildə çatdırılıb”.

Mövzular:
Rusiya XİN bəyanat

Digər Xəbərlər