Reklam resmi
Reklam resmi

Rusiya Azərbaycanın MiQ-29 qırıcılarının Ukraynaya verilə biləcəyinə reaksiya verib

Rusiya Azərbaycanın MiQ-29 qırıcılarının Ukraynaya verilə biləcəyinə reaksiya verib
Siyasət

Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin üzvü Andrey Kolesnik, Azərbaycanın Ukrayna Silahlı Qüvvələrinə MiQ-29 qırıcı təyyarələri verməsi ehtimalını şərh edərək, bu məsələnin araşdırılacağını bildirib.

Ajans.az xəbər verir ki,o,Lenta.ru portalına verdiyi açıqlamada rəsmi Moskvanın bu ehtimalla ciddi şəkildə maraqlandığını qeyd edib.

"Qırıcı təyyarələr müxtəlif yollarla ora [Ukraynaya] çata bilər. Müxtəlif logistika zəncirləri mövcuddur. Məncə, diplomatlar bu məsələni araşdırmalıdırlar. Əminəm ki, müvafiq strukturlar bu silahların Azərbaycandan Ukraynaya necə düşdüyünü artıq başa düşürlər. Ona görə də bu, müəyyən məntiqi nəticəyə gətirib çıxaracaq", – deyə Kolesnik bildirib.

Sosial şəbəkələrdə yayılan və Ukrayna Silahlı Qüvvələrinə məxsus olduğu iddia edilən MiQ-29 qırıcısının Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus kamuflyajda görüntülənməsi, ehtimalları gücləndirib. Fotolar sosial mediada müzakirələrə səbəb olub və müxtəlif versiyalar irəli sürülüb.

ABŞ-ın hərbi-analitik The War Zone (TWZ) nəşri yazır ki, Azərbaycan MiQ-29 qırıcılarını əvvəllər elə Ukraynadan alıb. Məlumata görə, bu təyyarələrin tədarükü 2007-ci ildə başlayıb və ümumilikdə Bakı Kiyevdən 15 ədəd MiQ-29 əldə edib.

TWZ qeyd edir ki, hazırda Ukraynada görünən təyyarələrin Azərbaycandan ianə edilib-edilmədiyi, satılıb-satılmadığı və ya müsadirə olunaraq istismara verildiyi dəqiq bəlli deyil.

Andrey Kolesnikin açıqlaması, Rusiya tərəfinin gələcəkdə bu məsələ ilə bağlı diplomatik və ya hərbi-strateji qiymətləndirmə aparacağını istisna etmir. Hazırda tərəflərdən heç biri məsələ ilə bağlı rəsmi izahat verməyib.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
Rusiya Ukrayna

Digər Xəbərlər