Reklam resmi
Reklam resmi

Tovuzda yanğına səbəb olan şəxs saxlanılıb

Tovuzda yanğına səbəb olan şəxs saxlanılıb
Hadisə

Sentyabrın 4-də Tovuz rayon Qəribli kəndi ərazisində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub.

Ajans.az xəbər verir ki,bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan məlumat verilib.

Bildirilib ki, yanğının 1982-ci il təvəllüdlü Mahir Əliyevin həmin ərazidə ocaqla ehtiyatsız davranması nəticəsində baş verdiyi məlum olub. Nəticədə 30 sot ərazidə biçilmiş əkin sahəsi yanıb.

M.Əliyev saxlanılaraq barəsində inzibati qanunvericiliyə uyğun məsuliyyət tədbiri görülüb.

Mövzular:
Tovuz yanğın Daxili İşlər Nazirliyi

Digər Xəbərlər