Reklam resmi
Reklam resmi

"Survivor" iştirakçısı keçmiş qaynı ilə evlənməsi ilə bağlı aydınlıq gətirib

\"Survivor\" iştirakçısı keçmiş qaynı ilə evlənməsi ilə bağlı aydınlıq gətirib
Şou Biznes

"Survivor All Star 2024" yarışmasındakı çıxışı ilə tanınan və sosial mediada böyük izləyici kütləsinə sahib olan Kardeniz Kılıç, son günlər keçmiş qaynı ilə evlənməsi barədə yayılan xəbərlərlə gündəmə gəlib.

Ajans.az Haber Global-a istinadən xəbər verir ki,məsələ ilə bağlı səssizliyini pozan Kılıç yayılan şayiələrə münasibət bildirib.

Əyləncə dünyasında səs-küyə səbəb olan nikahla bağlı danışan Kılıç, həyat yoldaşının keçmiş evliliyinin 10 il əvvəl başa çatdığını, öz münasibətlərinin isə 5 il əvvəl başladığını bildirib.

"Toyumuzdan sonra bəzi insanlar tərəfindən yayılan yalan şayiələrin sayı artdı. Ən çox da həyat yoldaşımın keçmiş həyat yoldaşı bu vəziyyətdən narahat olduğu üçün açıqlama vermək məcburiyyətində qaldım," – deyə Kılıç qeyd edib.

O, münasibətlərinin xəyanət və ya ailə dağıtmaq kimi hallarla bağlı olmadığını vurğulayıb:

"Yoldaşımın keçmiş evliliyi fikir ayrılığı səbəbilə sona çatıb. Bizim münasibətimiz bu ayrılıqdan illər sonra başlayıb. Keçmiş həyat yoldaşı ilə aramızda heç bir problem yoxdur və münasibətləri mədəni şəkildə davam edir."

Kılıç haqqında yayılan xəbərlərin doğru olmadığını, sosial mediada və mətbuatda yer alan bəzi iddiaların isə qərəzli və şişirdilmiş olduğunu bildirib.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
"Survivor All Star 2024" Kardeniz Kılıç

Digər Xəbərlər