Ağdaşda yol qəzası BAŞ VERDİ
Ağdaşda yol-nəqliyyat hadisəsi oldu, yaralananlar var.
Ajans.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında Ağdaş-Qəbələ avtomobil yolunun Türyançay qəsəbəsi yaxınlığından keçən hissəsində baş verib.
İlkin məlumata görə, iki avtomobilin toqquşması nəticəsində qəsəbə sakinləri - Nurlan Səfərov və Namiq Abdullayev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Hadisə yerinə DYP əməkdaşları və təcili yardım briqadası cəlb olunub.
Faktla bağlı araşdırma başlanıb.
Mövzular: