Qapıçı sinəsi ilə penaltini qaytarandan sonra ÖLDÜ
Braziliyalı qapıçı Pixe futzal üzrə həvəskarlar arasında keçirilən turnirdə penalti zərbəsini sinəsi ilə qaytarandan sonra ölüb.
Ajans.az "CNN"ə istinadən xəbər verir ki, buna səbəb topun onun sinəsinə dəyməsi olub.
Edsonun komandasına qarşı penalti təyin olunub, qapıçı komandasını xilas etsə də, top onun döş qəfəsinə dəyib.
Bundan sonra o,komanda yoldaşları ilə sevincini bölüşmək üçün qaçarkən qəfil özünü pis hiss edib və yıxılıb.
Pikse xəstəxanaya çatdırılsa da, həkimlər idmançını xilas edə bilməyiblər.
Ölümün səbəbi hələlik açıqlanmayıb.
Mövzular: