Reklam resmi
Reklam resmi

İngiltərə bu təhlükə ilə üz-üzədir – MI5

İngiltərə bu təhlükə ilə üz-üzədir – MI5
Siyasət

“İngiltərə küçələrində xaos yaratmağa çalışırlar”.

Ajans.az xəbər verir ki, bu barədə “MI5”in baş direktoru Ken Makkallum xəbərdarlıq edib. O bildirib ki, Böyük Britaniya İrandan gələn hiylə planları tərəfindən artan təhlükə ilə üz-üzədir.

O, həmçinin İngiltərədə xeyli sayda uşaqların terrorizmə görə araşdırıldığını açıqlayıb.

Makkallum narahatlığını biruzə edərək deyib ki, onu ən çox narahat edən tendensiya Əl-Qaidə və xüsusilə də İslam Dövləti tərəfindən daha da pisləşən təhlükədir.  Eyni zamanda, son bir ayda “MI5”in əsas prioritet araşdırmalarının üçdə birindən çoxunun xaricdəki mütəşəkkil terror qrupları ilə əlaqəsi olub. McCallum, ümumilikdə, “MI5” və polisin 2017-ci ilin martından bu yana 43 terror planının qarşısını aldığını açıqlayıb.

author picture
Ajans_az Muxbir

Digər Xəbərlər