Reklam resmi
Reklam resmi

Səlyanda avtomobil QƏZA TÖRƏTDİ

Səlyanda avtomobil QƏZA TÖRƏTDİ
Hadisə

Salyanda sərxoş sürücü mağazanın qarşısında dayanan iki nəfəri vurub.

Ajans.az APA-ya istinadən xəbər verir ki, hadisə Salyan rayonunun Qaraçala kəndi ərazisində baş verib.

"Mercedes" markalı avtomobili sərxoş vəziyyətdə idarə edən sürücü mağazanın qarşısında dayanan Qaraçala kənd sakinləri, 1991-ci il təvəllüdlü İmanov Fərid Əvəz oğlunu və 1992-ci il təvəllüdlü Kazımzadə Anar Elxan oğlunu vurub. Nəticədə hər iki piyada müxtəlif dərəcəli xəsarətlərlə Şirvan xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Mövzular:
qəza avtomobil nəfər yaralı Salyan

Digər Xəbərlər