Reklam resmi
Reklam resmi

Rusiyada Putinlə İlham Əliyevin görüşünə münasibət bildirilib

Rusiyada Putinlə İlham Əliyevin görüşünə münasibət bildirilib
Siyasət

Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsi sədrinin birinci müavini Konstantin Zatulin, prezidentlər Vladimir Putin və İlham Əliyevin əl sıxmasını “normal nəzakətli davranış” kimi qiymətləndirib.

Ajans.az xəbər verir ki,bu barədə deputat Lenta.ru-ya açıqlamasında bildirib:

“Təsəvvür edə bilmirəm ki, ŞƏT sammiti zamanı Əliyevi görən Putin küçənin o biri tərəfinə keçəcək və ya əl sıxmaqdan imtina edəcək. Təbii ki, protokol qaydaları var.”

Xatırladaq ki, Putin və Əliyev Pekində İkinci Dünya Müharibəsinin başa çatmasının ildönümü münasibətilə keçirilən paradda görüşərək əl sıxıblar.

Kremlin sözçüsü Dmitri Peskov isə sentyabrın 1-də ŞƏT sammiti çərçivəsində iki liderin ayrıca görüşünün keçirilmədiyini bildirib. Rusiya prezidentinin köməkçisi Yuri Uşakov da avqustun sonunda Putinlə Əliyev arasında dialoqun mümkünlüyünü istisna etməmişdi.

author picture
Leyla Bayandurlu
Mövzular:
İlham Əliyev Vladimir Putin ŞƏT sammiti

Digər Xəbərlər