Serbiya prezidenti Putinlə görüşdə Azərbaycan qazını xatırladıb
Serbiya prezidenti Aleksandr Vuçiç Rusiya lideri Vladimir Putinlə görüşdə təbii qaz tədarükü məsələsini müzakirə etdiyini açıqlayıb.
Ajans.az RİA Novosti-yə istinadən xəbər verir ki, əsas qaz həcmləri Rusiya Federasiyasından alınır, lakin Serbiya Azərbaycandan da daha kiçik, amma vacib həcmlərdə qaz idxal edir:
“Bizə qaz çox lazımdır. Azərbaycandan daha kiçik, lakin bizim üçün önəmli olan həcmləri alırıq, əsas hissə isə Rusiyadan gəlir. Mən Putindən çevik tədarük, yaxşı qiymət və böyük həcmdə qaz istədim.”Serbiya liderinin sözlərinə görə, ölkə qazı yalnız sənaye və məişət tələbatı üçün deyil, həm də istilik elektrik stansiyalarında əlavə enerji istehsalı məqsədilə istifadə edir.
Mövzular: