Reklam resmi
Reklam resmi

Yolu qaçaraq keçən piyadanı maşın vurdu - Video

Yolu qaçaraq keçən piyadanı maşın vurdu - Video
Hadisə

Piyadalar piyada keçidindən istifadə etməli, diqqətli olmalı və nəqliyyat vasitələrinin onlara yol verdiyinə əmin olduqdan sonra yolu keçməlidirlər. Həyat üçün vacib olan bu qaydalara əməl edilmədikdə, təəssüflər olsun ki, piyada vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələri baş verir.

Ajans.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

"Növbəti belə bir qəza ötən gün axşam saatlarında Nəsimi rayonu, Səməd Vurğun və Füzuli küçələrinin kəsişməsində qeydə alınıb.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi həm piyadalara, həm də sürücülərə müraciət edir: 1. Piyadalar avtomobillərin qarşısından qaçaraq yolu keçməməlidirlər. Bu, olduqca təhlükəlidir!  2. “Keçid olmasa da olar deyib, yolu keçməyin”. Piyadalar daha çox keçiddən kənar yerlərdə qəza qurbanı olur. Yolu yalnız piyada keçidlərindən keçin! 3. Svetoforlu keçidlərdə yaşıl işığın yanmağını gözləmədən yolu keçmək təhlükəlidir! 4. Sürücülər keçidlərə yaxınlaşdıqda sürəti azaltmalı, piyadalara yol verməlidirlər. Yolun ən hassas iştirakçılarına qarşı diqqətli olmalıdırlar.

Hər bir yol hərəkəti iştirakçısının təhlükəsizliyi öz əlindədir. Bunun üçün isə qaydalara əməl edilməlidir", - deyə məlumatda qeyd olunub.

View this post on Instagram

A post shared by Ajans.az (@ajans.az)

Mövzular:
piyada qəza maşın yol

Digər Xəbərlər