Reklam resmi
Reklam resmi

Türkiyə prezidenti İlham Əliyevdə ümid görür

Türkiyə prezidenti İlham Əliyevdə ümid görür
Siyasət

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan prezidenti İlham Əliyevdən ümid gördüyünü bildirib.

Ajans.az xəbər verir ki,bu barədə TRT Haber məlumat yayıb.

Ərdoğanın sözlərinə görə, Cənubi Qafqaz regionu Ermənistan və Azərbaycan arasında sülh prosesinə qədəm qoyub və artıq uzun müddət gözlənilən sülhə doğru irəliləyir.

“Mən ikitərəfli görüşümüz zamanı bu ümidi cənab İlham Əliyevdə gördüm. Ağ Evdə imzalanan sənədlər, şübhəsiz ki, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması prosesini sürətləndirdi”, – deyən Ərdoğan əlavə edib ki, tərəflər sülh yolunda maneələri dəf ediblər.

Türkiyə prezidenti həmçinin qeyd edib ki, Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan hazırda “eyni dalğada” hərəkət edirlər və Zəngəzur dəhlizinin inkişafı ilə bağlı heç bir fikir ayrılığı yoxdur.

Xatırladaq ki, daha əvvəl Paşinyan və Əliyev Şanxay Əməkdaşlıq Təşkilatı sammitində görüşərək danışıqlar aparıblar və Əliyev həmkarı ilə ünsiyyət zamanı daim gülümsəyib.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
Rəcəb Tayyib Ərdoğan İlham Əliyev

Digər Xəbərlər