Gəncədə yol qəzası - YARALANANLAR VAR
Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
Ajans.az xəbər verir ki, hadisə şəhərin Nizami prospektində qeydə alınıb.
"Hyundai" markalı avtomobillə "VAZ 2106" markalı maşın toqquşması nəticəsində 1968-ci il təvəllüdlü Şaban Nəsibov, 1986-cı il təvəllüdlü Elçin Sadıxov və daha bir neçə nəfər müxtəlif dərəcli bədən xəsarətləri alıblar.
Yaralılar Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib.
Vəziyyətləri kafidir.
Faktla bağlı araşdırma başlanılıb.
Mövzular: