Məşhur boksçu Co Baqner VƏFAT ETDİ
Keçmiş boksçu Co Baqner 75 yaşında Avstraliyada vəfat edib.
Ajans.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Macarıstanda doğulan, sonradan Britaniyaya köçən Buqner 1970-ci illərdə dünyanın ən güclü ağır çəkili boksçularından biri idi.
C.Baqner iki dəfə Böyük Britaniya və Birlik çempionu, üç dəfə Avropa çempionu olub.
Hətta, Baqner, 1973-cü ildə Məhəmməd Əli və Co Freyzerlə 12 raundluq döyüşlər keçirib, dözümlülüyü ilə tanınıb.

C.Baqner peşəkar karyerası ərzində ümumilikdə 83 döyüş keçirib. Bunun 69-u qələbə (41-i nokautla), 13-ü məğlubiyyət və 1-i heç-heçə başa çatıb.
1986-cı ildə o, Avstraliyaya köçüb, vətəndaşlıq alıb və ölkə çempionu olub.
Boksçu peşəkar rinqdə son döyüşünü 1999-cu ildə 49 yaşında keçirib.
Buqner həmçinin aktyor kimi filmlərdə rol alıb və televiziya şoularında çıxış edib.


Mövzular: