Reklam resmi
Reklam resmi

Karton məmulatları zavodunda YANĞIN OLDU

Karton məmulatları zavodunda YANĞIN OLDU
Hadisə

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri ərazisində karton məmulatlarının istehsalı zavodunda yanğın baş verməsi barədə məlumat daxil olub.

Ajans.az xəbər verir ki, bu barədə FHN-in mətbuat xidməti məlumat yayıb. 

Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində zavodun həyətində baş vermiş yanğın genişlənməsinə, o cümlədən zavod binasına keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində zavodun ərazisində 1800 kv.m sahədə yığılmış karton tullantıları 450 kv.m sahədə yanıb.

Zavodun binası və ətraf ərazilər yanğından mühafizə olunub.

Mövzular:
Yanğın zavod karton Azərbaycan Sumqayıt

Digər Xəbərlər