Reklam resmi
Reklam resmi

Salyanda şirkət maşını qəzaya düşdü : ölən var

Salyanda şirkət maşını qəzaya düşdü : ölən var
Hadisə
369

Salyanda yol-nəqliyyat hadisəsi zamanı 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

Ajans.az xəbər verir ki, hadisə rayonun Noxudlu kəndi ərazisində qeydə alınıb.

Belə ki, şirkətlərdən birinə məxsus yük maşını ilə "Mersedes" markalı minik avtomobili toqquşub.

Qəza nəticəsində 1978-ci il təvəllüdlü Daşqın Aydın oğlu Zalıyev hadisə yerində ölüb.

Daha iki nəfər, yük maşınının sürücüsü, Şirvan şəhər sakini, 1995-ci il təvəllüdlü Şükran Həşim oğlu Həsənəliyev və Salyan sakini, 1977-ci il təvəllüdlü Alik Əlifağa oğlu Babayev müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Mövzular:
Salyan hadisə qəza

Digər Xəbərlər