Reklam resmi
Reklam resmi

Ağdamda avtomobil işıq dirəyinə çırpılıb, YARALANANLAR VAR

Ağdamda avtomobil işıq dirəyinə çırpılıb, YARALANANLAR VAR
Hadisə

Ağdamda yol-nəqliyyat hadisəsi baş verib.

Ajans.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Çəmənli kəndi ərazisində qeydə alınıb.

Belə ki, "Toyota" markalı minik avtomobili işıq dirəyinə çırpılıb. Hadisə nəticəsində xəsarət alanların olduğu bildirilir.

Qəzaya düşən minik maşınında alışma baş verdiyi üçün hadisə yerinə təcili tibbi yardım briqadaları ilə yanaşı yanğınsöndürən briqada da cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Mövzular:
qəza avtomobil nəfər yaralı Ağdam

Digər Xəbərlər