Reklam resmi
Reklam resmi

Qəbələdə avtomobil aşdı, ÖLƏN VƏ YARALANANLAR VAR

Qəbələdə avtomobil aşdı, ÖLƏN VƏ YARALANANLAR VAR
Hadisə

Qəbələ də ağır avtomobil qəzası baş verib.

Ajans.az APA-ya istinadən xəbər verir ki, avqustun 31-i, saat 16 radələrində Ağdaş-Zarağan avtomobil yolunun Qəbələ rayonunun Soltannuxa kəndi ərazisindən keçən hissəsində “Opel” markalı avtomobil idarəetmədən çıxaraq aşıb.

Nəticədə nəqliyyat vasitəsinin sürücüsü, 34 yaşlı Polad Ağababayev xəsarət alıb, sərnişin qismində olan 11 yaşlı oğlu isə aldığı xəsarətlərdən hadisə yerində ölüb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan sorğuya cavab olaraq bildirilib ki, faktla bağlı ərazi üzrə polis orqanında cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Mövzular:
qəza avtomobil nəfər yaralı Qəbələ

Digər Xəbərlər