Ukrayna hərbçiləri Rusiya Silahlı Qüvvələrinin partlayıcı anbarını məhv ediblər
Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi Tula vilayətində Rusiya Silahlı Qüvvələrinin partlayıcı anbarını məhv edib.
Ajans.az RBC-Ukrayna-ya istinadən xəbər verir.
Avqustun 30-na keçən gecə Baş Kəşfiyyat İdarəsinin qüvvələri Rusiyanın Tula vilayətinin Aleksin şəhərində yerləşən yeraltı partlayıcı maddələr olan anbarına hücum ediblər.
Qeyd olunur ki, Aleksin sakinləri güclü partlayışlar eşidiblər. Hücum yerinə hakimiyyət xeyli sayda yanğınsöndürən və təcili yardım maşınları göndərib.
Mövzular: