Dəhşətli yol qəzası- 2 nəfər ÖLDÜ
Gədəbəyin Maarif kəndində yol qəzası baş verib.
Ajans.az xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 2 nəfər - qadın və uşaq həyatını itirib. Qəzada xəsarət alan 1981-ci il təvəllüdlü Ramiz Həsənəliyev Gədəbəy Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Mövzular: