Ajans.az Teleqraf-a istinadən xəbər verir ki, 1979-cu il təvəllüdlü Taleh Qafarov Gəncə şəhərindəki xəstəxanalardan birinə yerləşdirilib.

46 yaşlı şəxsə ilkin tibbi yardım göstərilib, vəziyyəti kafidir.

Verilən ilkin məlumata əsasən, bıçaqlanan T.Qafarov Samux rayonunda yerləşən Regional Yarımstansiyaların Mühafizə rəisidir. 

O, Samuxun Lək kənd sakinidir.

İlkin ehtimala görə, mühafizə rəisi ərazidə qoyun otaran çobanla mübahisə edib və nəticədə bıçaqlanıb.

Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.

Faktla bağlı araşdırma başlanılıb