Reklam resmi
Reklam resmi

Xərçəng peyvəndi YARADILDI

Xərçəng peyvəndi YARADILDI
Sağlamlıq
617

Florida Universitetinin alimləri xərçəngə qarşı universal təsir göstərə biləcək eksperimental mRNT peyvəndi təqdim ediblər.

Ajans.az Nature Biomedical Engineering jurnalına istinadən xəbər verir ki,ənənəvi müalicə üsullarından fərqli olaraq, yeni peyvənd konkret şiş növünü deyil, orqanizmin ümumi immun reaksiyasını stimullaşdırır. Vaksin immun hüceyrələrini aktivləşdirərək xərçəng toxumasını daha həssas vəziyyətə gətirir. Effektin gücləndirilməsi üçün peyvənd immun nəzarət nöqtəsi inhibitorları ilə birgə tətbiq edilib.

Alimlərin sözlərinə görə, bu kombinasiyalı yanaşma güclü antitümör reaksiya yaradıb və hətta müalicəyə davamlı bəzi şişlərin tamamilə məhv olmasına səbəb olub. Peyvənd təkbaşına da müsbət nəticələr göstərsə də, ən yaxşı təsir məhz kombinasiyada əldə olunub.

Hazırda tədqiqat qrupu peyvəndin yeni formulaları üzərində işləyir və klinik sınaqlara hazırlaşır.

Qeyd edək ki, daha əvvəl alimlər leykemiyanın müalicəsi üçün yeni üsul kəşf etmişdilər: təbii maddə forskolin şiş hüceyrələrinin böyüməsini zəiflətməklə yanaşı, kimyaterapiyanın təsirini də gücləndirmişdi.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
Xərçəng ABŞ

Digər Xəbərlər