Reklam resmi
Reklam resmi

Evində usta işləyən kişini qətlə yetirdi

Evində usta işləyən kişini qətlə yetirdi
Hadisə

Abşeronda qətl hadisəsi baş verib. Hadisə Saray qəsəbəsində qeydə alınıb.

Ajans.az xəbər verir ki, qəsəbə sakini, 1972-ci il təvəllüdlü Vüqar Abuzərov münaqişə zəminində həmyerlisi, evində usta işləyən 1971-ci il təvəllüdlü Adil İmambaxışovu bıçaqla qətlə yetirib.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. V.Abuzərov iş üzrə şübhəli şəxs qismində tutulub. İbtidai istintaq davam etdirilir.

Daha ətraflı Baku TV-nin süjetində:

Mövzular:
usta Saray qəsəbəsi kişi qətl

Digər Xəbərlər