Reklam resmi
Reklam resmi

“Fənərbaxça” Joze Mourinyonu baş məşqçi postundan uzaqlaşdırdı

“Fənərbaxça” Joze Mourinyonu baş məşqçi postundan uzaqlaşdırdı
İdman

Türkiyənin “Fənərbaxça” futbol klubu baş məşqçi Joze Mourinyo ilə yollarını ayırıb.

Ajans.az İstanbul təmsilçisinin rəsmi saytına istinadən xəbər verir.

Açıqlamada qərarın səbəbləri göstərilməyib: “Komandamıza verdiyi töhfəyə görə Joze Mourinyoya təşəkkür edir, ona gələcək karyerasında uğurlar arzulayırıq”, – deyə klub bildirib.

Xatırladaq ki, “Fənərbaxça” bu mövsüm Çempionlar Liqasının əsas mərhələsinə yüksələ bilməyib. Komanda pley-off mərhələsində Portuqaliyanın **“Benfika”**sına məğlub olub.

Mourinyo 2024-cü ilin iyununda “Fənərbaxça”ya baş məşqçi təyin olunmuşdu. Onun rəhbərliyi altında komanda ötən mövsüm Türkiyə Superliqasının gümüş mükafatçısı olub.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
“Fənərbaxça” Joze Mourinyonu

Digər Xəbərlər