Mirzoyan: Ermənistanla Azərbaycan arasında sülh yaranıb
Ermənistan və Azərbaycan arasında sülhün əldə olunduğu Vaşinqton razılaşmalarında öz əksini tapıb. Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İctimai Televiziyaya müsahibəsində bildirib.
Ajans.az xəbər verir ki, razılaşmanın imzalanması və ratifikasiyası sonrakı mərhələdə nəzərdə tutulur: “İnfrastrukturun keçəcəyi ərazi Ermənistana məxsus olacaq”, – deyə Mirzoyan vurğulayıb.
XİN rəhbisi həmçinin qeyd edib ki, hazırda Ermənistanın Azərbaycanın, Azərbaycanın isə Ermənistanın nəzarətində olan suveren əraziləri mövcuddur.
Mirzoyan əlavə edib: “Vaşinqtonda heç bir Konstitusiya müzakirə olunmayıb və bizim üçüncü ölkə qarşısında onu dəyişmək öhdəliyimiz yoxdur”.
Mövzular: