Peskov Putinlə İlham Əliyevin görüşü haqqında sualı cavablandırmaqdan yayınıb
Kremlin sözçüsü Dmitri Peskov Rusiya Prezidenti Vladimir Putinin proqramında Azərbaycan Prezidenti İlham Əliyevlə görüş planının olub-olmaması barədə suala cavab verməkdən imtina edib.
Ajans.az TASS-a istinadən xəbər verir ki, Peskov jurnalistlərə açıqlamasında bildirib:
"Hazırda biz Putinin ikitərəfli görüşlərinin cədvəlini hazırlayırıq. Bu, sammit tədbirlərinin ümumi kontekstinə daxil edilməlidir. Biz sizə məlumat verəcəyik."
Mövzular: