Reklam resmi
Reklam resmi

Maykl Ceksonun oğlu nişanlandı - Fotolar

Maykl Ceksonun oğlu nişanlandı - Fotolar
Şou Biznes

Mərhum pop ulduz Maykl Ceksonun 28 yaşlı oğlu Prins Cekson nişanlanıb.

Ajans.az xəbər verir ki, bu barədə Prins instaqram hesabında post paylaşıb.

O, paylaşımında bu sözləri yazıb:

“Moli və mən birlikdə çox gözəl illər keçirdik və unudulmaz xatirələr yaratdıq. Həyatımızın bu yeni fəslini səbirsizliklə gözləyirəm”.

Qeyd edək ki, Prins və nişanlısı Moli 8 ildir münasibətdədirlər. Onlar bu il avqustun 26-da nişanlanıblar.

Xatırladaq ki, Prins Maykl Ceksonun üç övladı arasında ən böyüyüdür.

Mövzular:
Maykl Ceksonun oğlu Prins Cekson nişan

Digər Xəbərlər