Reklam resmi
Reklam resmi

Sabunçuda süni gölməçədə uşaq batdı

Sabunçuda süni gölməçədə uşaq batdı
Hadisə

Sabunçu rayonunda süni gölməçədə uşaq batıb.

Fövqəladə Hallar Nazirliyindən Ajans.az-a verilən məlumata gorə, "112" qaynar telefon xəttinə rayonda süni sututarında 1 nəfərin (uşaq) batması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar, Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

Həyata keçirilən tədbirlər nəticəsində, batan şəxsin meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Mövzular:
Sabunçu rayonu süni gölməçə uşaq

Digər Xəbərlər