Reklam resmi
Reklam resmi

“Sədərək”dəki yanğınla bağlı cinayət işi AÇILDI

“Sədərək”dəki yanğınla bağlı cinayət işi AÇILDI
Gündəm

"Sədərək" Ticarət Mərkəzində avqustun 24-25-də baş vermiş yanğın hadisəsi ilə bağlı cinayət işi başlanıb.

Bu barədə Ajans.az-ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Qeyd olunub ki, "Sədərək" Ticarət Mərkəzi tərəfindən icarəyə verilmiş obyektdə baş vermiş yanğınla əlaqədar FHN-in Əməliyyat-istintaq İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, istintaq gedir.

Xatırladaq ki, yanğın zamanı 13 nəfər tüstüdən zəhərlənib.

Mövzular:
“Sədərək” ticarət mərkəzi yanğın cinayət işi

Digər Xəbərlər