Mənzildə 63 yaşlı qadının MEYİTİ TAPILDI
Sumqayıtda mənzildə 63 yaşlı qadının meyiti aşkarlanıb.
Ajans.az Report-a istinadən xəbər verir ki, hadisə şəhərin 20-ci məhəlləsində qeydə alınıb.
1962-ci il təvəllüdlü Nabat Qərib qızı Məmmədovanın meyiti onun yaşadığı evdə aşkarlanıb.
Mərhumun meyiti müvafiq qurumlara təhvil verilib.
Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.
Mövzular: