Reklam resmi
Reklam resmi

29 yaşlı idmançı Bosfor boğazını keçərkən YOXA ÇIXDI

29 yaşlı idmançı Bosfor boğazını keçərkən YOXA ÇIXDI
İdman

29 yaşlı rusiyalı idmançı Nikolay Sveçnikov avqustun 24-də qitələrarası üzgüçülük yarışında Bosfor boğazını keçərkən yoxa çıxıb.

Ajans.az xəbər verir ki, üç min iştirakçı arasında finiş xəttinə qayıtmayan yeganə şəxs o olub.

Hər il keçirilən üzgüçülük müsabiqəsi Türkiyə Milli Olimpiya Komitəsi tərəfindən təşkil olunur və 37-ci dəfədir ki, 81 ölkədən üzgüçüləri bir araya gətirir.

Sveçnikov üzgüçülük üzrə idman ustası, üzgüçülük məktəbinin əsasını qoyan moskvalıdır.

O, avqustun 23-də İstanbula gəlib. İstanbul polisi Sveçnikovun tapılması üçün axtarış-xilasetmə işlərini davam etdirir.

Mövzular:
idmançı Bosfor üzgüçülük rusiyalı

Digər Xəbərlər