Ajans.az xəbər verir ki, bu  barədə DİN-in Mətbuat Xidmətinin regional qrupu tərəfindən məlumat yayılıb.

Məlumata görə, araşdırmalarla yanğını 23 yaşlı Araz Əzizovun törətdiyi məlum olub.

Hadisə nəticəsində 70 hektar ərazidə biçilmiş əkin sahəsi və kol-kos yanıb.

A.Əzizov saxlanılaraq barəsində qanunvericiliyə uyğun tədbir görülüb.

Faktla bağlı Xocavənd Rayon Polis Şöbəsində araşdırma aparılır.