Reklam resmi
Reklam resmi

Xaçmazda avtomobil kanala düşdü

Xaçmazda avtomobil kanala düşdü
Hadisə

Xaçmaz rayonunun Xudat şəhəri ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

 Ajans.az Teleqrafa istinadla xəbər verir ki, hərəkətdə olan “Hunday” markalı, 50 FG 288 dövlət nömrə nişanlı avtomobilin sürücüsü idarəetməni itirərək yol kənarındakı kanala düşüb.

Avtomobildə ailə üzvləri olub. Hadisə zamanı yoldan keçən vətəndaşların köməyi ilə onlar xəsarət almadan nəqliyyat vasitəsindən çıxarılıb. Avtomobil isə kanalda bir neçə metr irəliləyib.

Hadisə ilə bağlı aidiyyəti qurumlar məlumatlandırılıb.

Faktla bağlı araşdırma aparılır.

Ajans.az həmin görüntüləri sizlərə təqdim edir:

Bu gönderiyi Instagram'da gör

Ajans.az (@ajans.az)'in paylaştığı bir gönderi

Mövzular:
Xaçmaz rayonu Qəza Kanal

Digər Xəbərlər