İlham Əliyev və Putin Çində ŞƏT sammitində iştirak edəcəklər
Azərbaycan prezidenti İlham Əliyev və Rusiya prezidenti Vladimir Putin avqustun 31-dən sentyabrın 1-dək Çin Xalq Respublikasında keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində iştirak edəcəklər.
Ajans.az Çinin xarici işlər naziri Liu Binə istiandən xəbər verir ki, Çin sədri Si Cinpin sammit çərçivəsində iştirakçı ölkələrin liderləri ilə görüşlər keçirəcək.
Sammitdə, həmçinin Ermənistanın baş naziri Nikol Paşinyan, Hindistanın baş naziri Narendra Modi, İran prezidenti Məsud Pezeşkian və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edəcəklər.
Mövzular: