Vaqon tipli evdə MEYİTİ TAPILDI
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinəBakı şəhəri Yasamal rayonunda 1 nəfərin vaqon tipli evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Ajans.az xəbər verir ki, bu barədə FHN-dən bildirilib.
Məlumatla əlaqədar Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunublar.
Tədbirlər nəticəsində 1 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.
Mövzular: