Tovuzda ölümlə nəticələnən YOL QƏZASI
Tovuz rayonunda 57 yaşlı kişinin ölümü ilə nəticələnən yol qəzası baş verib.
Ajans.az xəbər verir ki, yolu keçmək istəyən İbrahimhacılı kənd sakini 1968-ci il təvəllüdlü Məhərrəm Abbasovu maşın vurub.
Rayon sakini aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma başlanılıb.
Mövzular: