Reklam resmi
Reklam resmi

“Qalatasaray” futbolçusu - Viktor Nelsonu icarəyə VERDİ

“Qalatasaray” futbolçusu -  Viktor Nelsonu icarəyə VERDİ
İdman

"Qalatasaray"ın üzvü Viktor Nelson karyerasını İtaliyada davam etdirəcək.

Ajans.az xəbər verir ki, müdafiəçi "Verona" ilə anlaşıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

26 yaşlı oyunçu 1 illik icarə əsasında “Verona”nın şərəfini qoruyacaq.

Razılaşmaya əsasən, klub “sarı-qırmızılılar”a 650 min avro icarə haqqı ödəyəcək.

Bundan əlavə, danimarkalı futbolçunun müqaviləsində 8 milyon avroluq satınalma bəndi yer alacaq.

Qeyd edək ki, Viktor Nelson "Qalatasaray"a 2021-ci ildə "Kopenhagen"dən 7 milyon avroya transfer olunub.

Mövzular:
Qalatasaray azarkeşləri ulduz futbol müqavilə icarə

Digər Xəbərlər