Reklam resmi
Reklam resmi

Hövsanda 31 yaşlı kişi qətlə yetirilib

Hövsanda 31 yaşlı kişi qətlə yetirilib
Kriminal

Bakıda qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi başlanıb.

Suraxanı rayon prokurorluğundan Ajans.az-a verilən məlumata görə, avqustun 20-də Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində 1994-cü il təvəllüdlü Rasim Lariyonovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırmalarla 1975-ci il təvəllüdlü Emil Hüseynovun aralarında baş vermiş mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Rasim Lariyonovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, E.Hüseynov iş üzrə şübhəli şəxs qismində tutulub.

Mövzular:
polis qəsdən adam öldürmə cinayət işi

Digər Xəbərlər