Reklam resmi
Reklam resmi

Məşhur futbol klubu müflis oldu

Məşhur futbol klubu müflis oldu
İdman

Fransanın "Ayaçço" futbol klubu iflas proseduruna başlayıb.

Ajans.az xəbər verir ki, bu barədə "Le Parisien" məlumat yayıb.

Qeyd olunub ki, avqustun 18-də komanda Ayaçço Şəhər Məhkəməsinə müflis olduğu ilə bağlı müraciət edib. 180 əməkdaş klubdan çıxarılacaq, təlim mərkəzi isə bağlanacaq.

Xatırladaq ki, avqustun 13-də Fransa Futbol Federasiyası (FFF) 2024/25 mövsümündə Liqa 2-də 12-ci yeri tutan "Ayaçço"nun bütün milli yarışlardan kənarlaşdırıldığını açıqlayıb. Klub üçüncü diviziona müraciət edə biləcəyinə ümid edir, lakin FFF-nin qərarından apellyasiya şikayəti vermək üçün bir neçə yüz min avro toplamalıdır.

Mövzular:
Məşhur futbol klubu "Ayaçço" iflas

Digər Xəbərlər