Reklam resmi
Reklam resmi

Bakıda 60 yaşlı kişini bacısı oğlu öldürdü

Bakıda 60 yaşlı kişini bacısı oğlu öldürdü
Kriminal
495

Bakıda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub.

Baş Prokurorluğun Mətbuat xidmətindən Ajans.az-a verilən məlumata görə, avqustun 20-də paytaxtın Xətai rayonu ərazisində yerləşən mənzillərdən birində 1965-ci il təvəllüdlü Firdovsi Həsənovun üzərində xəsarət izləri olan meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırmalarla 1993-cü il təvəllüdlü Rəhim Qasımovun bıçaqla xəsarət yetirərək Firdovsi Həsənovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Rəhim Qasımov iş üzrə şübhəli şəxs qismində tutulub.

Mövzular:
həbs kişi şübhəli bacısı oğlu qətl

Digər Xəbərlər