Reklam resmi
Reklam resmi

Azərbaycan və Kipr XİN başçıları telefonla danışıb

Azərbaycan və Kipr XİN başçıları telefonla danışıb
Siyasət

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Kipr Respublikasının xarici işlər naziri Konstantinos Kombos arasında telefon danışığı aparılıb.

Ajans.az xəbər verir ki, Kipr Respublikasının xarici işlər naziri Azərbaycan Respublikasının Prezidentinin ABŞ-yə səfəri zamanı keçirilmiş Zirvə görüşü çərçivəsində Azərbaycan-Ermənistan normallaşma prosesində nailiyyətlər münasibətilə təbriklərini çatdırıb.

Telefon danışığı zamanı, Kipr Respublikasının 2026-cı ilin ilk yarısında Avropa İttifaqı Şurasına Prezidentliyi çərçivəsində planlar, habelə regional məsələlər müzakirə olunub. Kiprin Aİ sədrliyi dövründə bölgəmizdə sülh prosesinə töhfə verməyə hazır olduğu bildirilib.

Telefon danışığında həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Mövzular:
Ceyhun Bayramov Konstantinos Kombos telefon danışığı

Digər Xəbərlər